XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2020 - 13:37

32 nəfər koronavirus şübhəsilə karantinə alındı –Ermənistanda

Ermənistanda 30-dan çox şəxs koronavirusa yoluxma şübhəsi ilə karantinə alınıb.

Bunu Ermənistanın Səhiyyə naziri Arsen Torosyan deyib.

Koronavirus bazar günü İrandan gələn 29 yaşlı Ermənistan vətəndaşında aşkarlanıb, həyat yoldaşının analizlərinin nəticələri isə mənfi olub.

“32 nəfər karantinə alınıb. Onlar Çaxkadzordakı “Qızıl Saray” otelinə yerləşdiriliblər. İndiyə qədər Ermənistanda 117 nəfərdən analiz götürülüb. Yalnız bir halda müsbət nəticə olub”.

Onun sözlərinə görə, ölkədə koronavirus infeksiyasının aşkar edilməsinə baxmayaraq, Ermənistan vətəndaşları İrandan quru sərhəd vasitəsilə ölkəyə gəlməkdə davam edirlər.