Goranboyda minik maşını qəzaya uğrayıb.
Hadisə Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində baş verib.
“Mazda” markalı minik maşını Goran qəsəbəsi yaxınlığında idarəetmədən çıxaraq dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində 1967-ci il təvəllüdlü Bakı sakini olan sərnişin Quliyeva Şöhrət Rüfət qızı ağır xəsarət alaraq, Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomaşında olan digər şəxslər qəzadan yüngül xəsarətlə qurtulub.
Faktla bağlı araşdırma aparılır. /APA