XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2020 - 10:49

Sabahdan ölkə ərazisində hava şəraiti mülayimləşəcək –ETSN

“Bu gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək, yağış yağacaq”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.  Onun sözlərinə görə, bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunacaq, yağış yağacaq.

“Dağlıq ərazilərdə qar yağacaq. Sabah səhər saatlarından ölkə ərzisində hava şəraiti  mülayimləşəcək. Dəyişkən buludlu, əsasən yağmursuz olacaq”,-deyə o əlavə edib.