XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2020 - 11:23

Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb –Müdafiə Nazirliyi

Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb.

Müdafiə Nazirliyindən bildirilib ki, martın 6-dək davam edəcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.