XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2020 - 12:15

“İnformasiya təhlükəsizliyi üzrə ölkədə 18 milli standart qeydiyyata alınıb” –Nazir müavini

Beynəlxalq standartlar əsasında Azərbaycanda informasiya təhlükəsizliyi üzrə 18 milli standart hazırlanıb və aidiyyəti qurumlar tərəfindən qeydiyyata alınıb.

Bunu 2-ci “Syber Week 2020” beynəlxalq konfransında çıxış edən Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, dövlət orqanlarında istifadə olunan proqram təminatlarının lisenziyalaşdırılması həyata keçirilir: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da kibertəhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir. Bu gün ölkədə rəqəmli transformasiya prosesi sürətlə gedir, bu sahənin inkişafı ilə bağlı milli strategiya, strateji yol xəritəsi, fərman və sərəncamlar və digər normativ aktlar qəbul edilib”.

O həmçinin əlavə edib ki, Azərbaycanın kiberməkanın təhlükəsizliyinin təmin edilməsi özəl sektorun qarşısında duran məsuliyyətli vəzifələrdəndir“Bu səbəbdən Dövlət-özəl əməkdaşlığın gücləndirilməsi vacibdir və bu istiqamətdə addımlar atılır. Hesab edirik ki, bunun üçün yeni imkanlar mövcuddur və əməkdaşlığımız daha da gücləndiriləcək”. (apa)