XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

02 Mart 2020 - 12:59

Bakıdan Dubaya uçan təyyarə geri qayıtmağa məcbur olub –AZAL

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Dubaya yerli vaxtla saat 10:12-də yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.

AZAL-ın verdiyi məlumata görə, planlaşdırılmamış eniş texniki səbəblər üzündən baş verib.

Təyyarə Bakı vaxtı ilə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş həyata keçirib.