XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2020 - 14:57

Azərbaycandakı sürüşmə sahələrində monitorinqlərə başlanılıb –ETSN

“Bu gündən ölkə üzrə sürüşmə sahələrində monitorinqlərə başlanılır. Monitorinqlər ay boyu davam edəcək”. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov deyib. Onun sözlərinə görə, monitorinqlər yağışlı hava şəraiti ilə əlaqədar mümkün olan bütün yerləri əhatə edəcək: “Fevralın sonuna qədər sürüşmə ərazilərində hər hansı dəyişiklik müşahidə edilməyib. Həmin ərazilər monitorinqlər aparılması üçün sahələrə bölünüb. Martın ortalarında bəzi sürüşmə sahələri ilə bağlı nəticələr açıqlana bilər. Ayın sonunda isə bütün respublika üzrə monitorinqlərin nəticələrini açıqlaya biləcəyik”.

S.Əmiraslanov qeyd edib ki, hazırda Badamdar sürüşmə zonasında kütlənin üzərinə çıxmaq mümkün deyil: “Ərazidə gərgin vəziyyət qalmaqdadır. Fevralın 29-na qədər hər hansı dəyişiklik müşahidə olunmayıb”.