XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

02 Mart 2020 - 14:37

Rus bölməsi üzrə 11 ibtidai sinif müəlliminə ehtiyac var –Nazirlik

“Statistikaya əsasən, rus bölməsi üzrə respublikada 11 ibtidai sinif müəlliminə ehtiyac var”.

Bunu Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirmə sektorunun məsləhətçisi Elçin Kərimov bildirib. Onun sözlərinə görə, bu say Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir:

“Həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib. Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq”.