XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2020 - 15:58

“İnformasiya və kibertəhlükəsizlik üzrə milli strategiyada xüsusi müddəalar nəzərdə tutulub” –Nazir müavini

Azərbaycanda hazırlanmış informasiya və kibertəhlükəsizlik üzrə milli strategiyada xüsusi müddəalar nəzərdə tutulub və tədbirlər planlaşdırılıb.

Bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, güman olunur ki, bu strategiya təsdiq edildikdən sonra ölkədə kibertəhlükəsizlik sahəsində fəaliyyət daha da fəallaşacaq və daha yüksək səviyyəyə yüksələcək: “Strategiyada nəzərdə tutulan çoxsaylı tədbirlərə qanunvericiliyin təkmilləşdirilməsi, kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, kritik infrastrukturların mühafizəsinin təşkili, ola biləcək hər hansı təhdidlərdən qorunma, məlumatlandırma, bilik səviyyəsinin artırılması, sertifikatlı kadrların yetişdirilməsi və sair geniş səpkili tədbirlərin görülməsi daxildir”.

Nazir müavini həmçinin əlavə edib ki, strategiya 2020-2025-ci illəri əhatə edəcək və bu, Azərbaycanda işlənilmiş ilk sənəddir ki, qüvvəyə mindikdən sonra strategiya növbəti mərhələlər və dövrlər üçündə yenidən işlənəcək. (apa)