XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2020 - 20:06

Qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanının nəticələri açıqlanıb –DİM

Dövlət İmtahan Mərkəzi 2020-ci il fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə keçirilmiş sınaq imtahanının nəticələrini elan edib. 

DİM-dən verilən xəbərə görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 15104 abituriyentdən 76 nəfəri imtahana gəlməyib.