XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

02 Mart 2020 - 20:29

Rezidenturaya sənəd qəbulu başa çatıb –DİM

2020/2021-ci tədris ili üçün rezidenturaya sənəd qəbulunun vaxtı bitib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, sənəd qəbulunun vaxtı bu gün saat 18:00-da başa çatıb. Bu günə qədər 1387 namizəd ərizəsini təsdiq edib. Onlardan 1222-si Azərbaycan, 165-i rus bölməsinə aiddir.

Qeyd edək ki, imtahana yalnız elektron ərizəsini təsdiq etmiş namizədlər buraxılır. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 19-da keçiriləcək.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) rezidentlər (rezidenturada təhsil alanlar) ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturanı bitirdikdən və ya rezidentura təhsilindən imtina etdikdən sonra buraxılırlar.

Rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliyə əsasən bu ildən əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (semestr imtahanlarını müvəffəqiyyətlə vermiş) tələbələr də baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.