XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2015 - 15:08

Sabiq kəşfiyyat şefi BP rəhbərliyinə gətirildi

bp.jpg

Britaniyanın nəhəng neft şirkəti BP bu ölkənin kəşfiyyat xidməti Mİ-6-nın sabiq rəhbəri Con Soersi işə götürüb. O şirkətin Direktorlar Şurasına müstəqil direktor kimi təyin olunub.

Soers Mİ-6-ya 2009-2014-cü illərdə rəhbərlik edib. Bundan əvvəl Britaniyanın BMT-dəki daimi nümayəndəsi olub.

BP-nin açıqlamasında bildirlir ki, bu təyinat şirkətin Direktorlar Şurasını gücləndirəcək.

Qeyd edək ki, 1908-ci ildən yaranan BP hazırda dünyanın qlobal neft şirkətlərindən biridir. Forbes jurnalının versiyasına görə, hazırda dünyanın 25 ən iri neft şirkəti sırasında 6-cı yeri tutur. BP həmçinin neft hasilatı üzrə Azərbaycanın əsas tərəfdaşlarından biridir.

Strateq.az