XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 15:14

Bakı Ali Neft Məktəbi növbəti dəfə əsaslı dezinfeksiya edildi –FOTO

Koronavirus (COVİD – 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı Ali Neft Məktəbində təxirəsalınmaz tədbirlər davam etdirilir.

BANM-dən Strateq.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə Ali Məktəbdə müvafiq profilaktik tədbirlərin effektivliyi yüksəldilib, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib. Belə ki, BANM-in inzibati binası və tədris korpusu, Tələbə yataqxanası növbəti dəfə “EKOL
Mühəndislik Xidmətləri” QSC tərəfindən əsaslı surətdə dezinfeksiya edilib.

Aidiyyatı struktur bölmələrinə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

Eyni zamanda, 2020-ci ilin mart ayının 3-dən 9-dək bütün təhsil müəssisələrində olduğu kimi BANM-də də tədris, təlim-tərbiyə prosesi dayandırılıb.