XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

03 Mart 2020 - 17:36

Naxçıvanın ali və orta ixtisas təhsil müəssisələrində dərslər dayandırılmayacaq –Açıqlama

Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində dərslər tədris qrafikinə uyğun olaraq dayandırılmayacaq.

Strateq.az xəbər verir ki, bu barədə “Nuhçıxan” İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, tədrislə yanaşı, müvafiq profilaktika və dezinfeksiya işləri də davam etdiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində isə tədris prosesi 2020-ci ilin mart ayının 4-dən 9-dək dayandırılıb. Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.