XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 23:00

“Azərbaycan Dəmir Yolları”:"Qatarlar və stansiyalarda dezinfeksiya işləri davam etdirilir"

Koronavirusla bağlı “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili və beynəlxalq istiqamətlərdə hərəkət edən qatarlarda, xüsusilə də əhalinin daha çox istifadə etdiyi Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarlarında dezinfeksiya tədbirlərini davam etdirir.

QSC-dən Azərtac-a bildirilib ki, profilaktik tədbirlər nəinki qatarlarda, stansiyaların ərazisində və platformalarda da yerinə yetirilir. Dezinfeksiya işləri gündə iki dəfə aparılır.

Xatırladaq ki, koronavirusun dəmir yolu nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının “qaynar xətt” fəaliyyətə başlayıb: +994 12 499 61 11.