XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2020 - 11:12

Qazaxıstan istiqamətində bərə daşımalarına məhdudiyyət qoyuldu –Səbəb

Qazaxıstan koronavirusun (2019-nCoV) yayılmasının qarşısının alınması məqsədilə martın 5-dən Xəzər dənizindəki Aktau və Kurık limanlarına xaricdən gələn gəmilərin daxil olmasını dayandırır.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı Qazaxıstan tərəfi Xəzər dənizində gəmiçilik fəaliyyəti ilə məşğul olan şirkətləri, o cümlədən ASCO-nu məlumatlandırıb.

“Qərara əsasən, sərnişin, sürücü, vaqon bələdçiləri və təkərli texnikaların ölkəyə daxil olması qeyri-müəyyən müddətək təxirə salınıb. Bərələrlə vaqon daşımaları isə həyata keçirilməkdə davam etdiriləcək.

Bununla əlaqədar olaraq, ASCO sərnişinlərin və yük daşımaq istəyən sahibkarların nəzərinə çatdırır ki, bilet satışı dayandırılıb. Məhdudiyyət aradan qaldırıldıqdan sonra bu barədə əlavə məlumat veriləcək.

Koronavirusla bağlı ASCO əks-epidemik profilaktik tədbirlər həyata keçirir. Şirkətin balansında olan gəmilərdə, struktur idarələrdə mütəmadi aparılan dezinfeksiya işləri gücləndirilib. Profilaktik tədbirlər çərçivəsində Qazaxıstan və Türkmənistan istiqamətində üzən bərə gəmiləri (13 bərə, 2 Ro-Ro) əlcək, respirator, eynək, kombinezon kimi qoruyucu vasitələr və məsafədən hərarət ölçən cihazlarla təmin olunub”, – şirkət bəyan edib.