XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2020 - 13:35

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar- SİYAHI

Azərbaycanda 2020-ci ilin yanvar və fevral aylarında uşaqlara ən çox qoyulan adlar məlum olub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən doğumu qeydiyyata alınmış oğlan uşaqlarına bu ilin ötən dövründə qoyulan adlar arasında Yusif (468),  Uğur (409), Əli (391), Hüseyn (382), Məhəmməd (254), Ömər (252), Murad (216), Ayxan (202), Raul (189) və Tunar (187) üstünlük təşkil edib.

Eyni zamanda cari ilin ötən dövründə qız uşaqlarına daha çox Zəhra (492), Məryəm (367), Zeynəb (341), Mələk (305), Nuray (295), Fatimə (285), Aylin (271), İnci (224), Nilay (224) və Ayan (199) adları qoyulub.