“Qarabağ” klubunun Futbol Akademiyasında bütün komandaların məşqləri martın 10-dək ləğv olunub.
Strateq.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, bu addım koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərlə əlaqədar atılıb: “Məqsəd yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsindən ibarətdir”.