XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 Mart 2020 - 19:49

“Gürcüstanda 140 nəfər koronavirusa görə karantində saxlanılır” –Rəsmi

“Gürcüstanda son üç gündə koronavirusa yoluxma ilə bağlı heç bir yeni hal təsdiqlənməyib”.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, virusa mümkün yoluxma hallarının sayı 239 təşkil edib.

A.Qamkrelidze bu gün karantində 140 nəfərin saxlanıldığını deyib.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirus üç şəxsdə təsdiqlənib/Report.