XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 14:04

Miqrasiya Xidmətinin rəisi:"Azərbaycana qaçqın statusu üçün müraciət edənlərin sayı azalıb"

“Bu ilin 2 ayı əzində Azərbaycana gələn miqrantların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb”.

Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müvəqqəti yaşamaq icazəsi üçün müraciət edənlərin sayında 29 faiz artım müşahidə olunub: “Daimi yaşama icazəsi 13 faiz, iş icazəsi 16 faiz, vətəndaşılıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət 23 faiz, readmissiya olunan şəxslərin sayında 52 faiz artım müşahidə edilib”. 

V.Hüseynov bildirib ki, 2020-ci ildə qaçqın statusu üçün müraciət edən əcnəbilərin sayı isə 3,4 faiz azalma olub: “Qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin sayı 32 nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz azalma deməkdir”.

Report