XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2020 - 10:44

Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi Vaqif Nəzirov vəfat edib

Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, Sumqayıtın simvoluna çevrilmiş “Sülh göyərçini” abidəsinin müəllifi heykəltəraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V. Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tiflisdə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib.

Allah rəhmət eləsin!