XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2020 - 12:02

Sabah hava necə olacaq?- PROQNOZ

Martın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

ETSN-dən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti olacaq.

Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer  təzyiqi  normadan yüksək 771 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu  gecə 4-9° isti, gündüz 15-20°  isti, dağlarda gecə 1-5° isti, gündüz  10-15°  isti  olacaq.