XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2020 - 18:33

“Koronavirusla bağlı irqi diskriminasiyaya yol verilməməlidir”- ÜST

Koronavirus (COVID-19) epidemiyasının meydana çıxmasından sonra bəzi şəxslərə qarşı stiqma və diskriminasiya müşahidə edilir. 

APA-nın xəbərinə görə, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda əksini tapıb.

“Stiqma diskriminasiyaya məruz qalmamaq üçün xəstəliyi gizlətməyə məcbur edə, dərhal tibbi yardıma müraciət etməkdən çəkindirə və gigiyena qaydalarına riayət etməkdən yayındıra bilər. Koronavirusla bağlı danışarkən daha ehtiyatlı olmalı və irqi diskriminasiyaya yol verməməliyik”, – deyə məlumatda qeyd olunub.