XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Mart 2020 - 19:50

Bakalavriat və magistraturada əyani təhsillə bağlı dəyişiklik- “Fulltime” və “parttime” olacaq

Nazirlər Kabineti “Formal təhsilin təşkili Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, indiyə qədər formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilib.

Dəyişiklik isə formal təhsilin əyani formasının tədrisə tam cəlb olunma – “fulltime” və tədrisə qismən cəlb olunma – “parttime” formalarında olmasını nəzərdə tutur. Başqa sözlə, ali təhsil (bakalavriat və magistratura) və təkrar ali təhsil üzrə əyani təhsil “fulltime” və “parttime” formalarında həyata keçiriləcək.