XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

08 Mart 2020 - 11:08

ABŞ-da Xocalı faciəsi ilə bağlı rəsm sərgisi açıldı –FOTO

Amerika Birləşmiş Ştatlarının (ABŞ) şimal-şərqində yerləşən Meyn ştatında “Xocalı faciəsi uşaqların gözündə” adlı rəsm sərgisi açılıb.

ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvü və təşkilatın Meyn ştatı üzrə Azərbaycan icmasının rəhbəri Tərlan Əhmədovun təşkilatçılığı ilə açılan sərgidə nümayiş olunan əsərlərdə Xocalı faciəsində yaşananlar uşaqların fırçası ilə canlandırılıb.

30-dan çox rəsm əsərinin nümayiş olunduğu sərgidə məlumat lövhələri qoyulub və ziyarətçilərə Xocalı faicəsi haqqında tarixi faktların yer aldığı məlumatlar təqdim edilib. T.Əhmədov “Report”a açıqlamasında bilirdib ki, Xocalı faciəsi, Ermənistanın işğalçılıq siyasəti haqqında tez-tez tədbirlərin təşkil olunduğu Meyn ştatında icmanın səyləri nəticəsində soyqırımının anılmasına dair sənəd qəbul olunub. Meyn ştatının qanunvericiləri sənəddə ABŞ-ın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi siyasətinə qoşulduqlarını bildiriblər.

“Məqsədimiz Xocalıda yaşananları daha geniş kütləyə, Amerika cəmiyyətinə çatdırmaqdır. Keçən illər ərzində bu istəyimizə bir qədər nail olmuşuq. Ancaq dayanmaq fikrimiz yoxdur. 

Bugünkü sərgidə nümayiş etdirilən şəkillərdə faciənin real üzü əks olunub. Rəsm əsərlərində Xocalıda qarda donan uşaqlar, vəhşiçəsinə öldürülən yaşlılar və körpələr yer alıb. İnanırıq ki, haqq səsimizi eşidib, bu faciəni törədənləri beynəlxaq hüquq qarşısında sorğuya çəkəcəklər”, – deyə o bildirib.