XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2020 - 16:26

“Qırmızı körpü” sərhəd avtovağzalında dezinfeksiya işləri aparılır

Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsində olan avtovağzalda koronavirusla əlaqədar dezinfeksiya işləri görülür.

Avtovağzalın gözləmə zalı, kassa mərkəzi, məhəccərlər dezinfeksiya edilib.

Eyni zamanda, gün ərzində paytaxt istiqamətinə yola düşən 20 iri tutumlu avtobusların salonu, yük bölmələri və xarici üz hissələri də epidemioloqlar tərəfindən dezinfeksiya olunub. Profilaktik tədbirlər həmçinin yaxınlıqda yerləşən iaşə obyektlərində də aparılıb.

Qeyd edək ki, “Sınıq Köprü” avtovağzalı gün ərzində ən sıx olan avtovağzallardan biridir. Buradan Gürcüstana, Türkiyəyə yük maşınları və sərnişin avtobusları, minik avtomobilləri yola düşür. /Report