Gəncədə qadın yanıq xəsarəti alıb.
Hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Fətəliyeva Kəmalə Təvəkkül qızı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına 1-ci, 2-ci dərəcəli sifətin və yuxarı ətrafın yanığı diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, K.Fətəliyeva təndirdə çörək bişirən zaman qaz sızmasında partlayış baş verib. /APA