XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2020 - 22:38

Bakıda keçiddən istifadə etməyən piyadanı maşın vurub –BNA

Bakının Xətai rayonunda, Nobel prospektində piyadanı avtomobil vurub.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Məlumata görə, hadisə yerüstü piyada keçidinin altında baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Qeyd edək ki, qəzadan sonra prospektdə tıxac müşahidə edilir.