XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2020 - 18:56

AVRO-2020 təxirə salınacaq? – Milli federasiyalar UEFA-ya müraciət etdi + Açıqlama

UEFA-ya üzv olan milli futbol federasiyaları qitə futbol qurumundan AVRO-2020-nin təxirə salınmasını xahiş edir.

Bu barədə İtaliyanın “Tuttosport” nəşri xəbər yayıb.

Bildirilib ki, federasiyalar koronavirusa görə müvəqqəti dayandırılan yerli çempionatı başa vurmaq üçün Avropa çempionatının başqa vaxta keçirilməsini gözləyir.

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) AVRO-2020-nin təxirə salınması ilə bağlı milli futbol federasiyalarının quruma müraciət etmələri barədə İtaliya mətbuatında yayılan xəbərə münasibət bildirib.

UEFA-dan TASS-a bildirilib ki, Avropa çempionatının vaxtının koronavirusa görə dəyişdirilməsi üçün zəruri səbəb görülmür.

“UEFA koronavirusun yayılması ilə əlaqədar müvafiq beynəlxalq və yerli qurumlarla əlaqə saxlayır. Turnirin planlaşdırılan cədvəlində nəyisə dəyişməyə ehtiyac yoxdur”, – qurumun Mətbuat xidmətinin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, AVRO-2020 12 iyun – 12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı “Olimpiko” stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels – İsveçrə, iyunun 17-də Türkiyə – Uels, iyunun 21-də Türkiyə – İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq/Report.