XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2020 - 20:25

“Gürcüstanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır” –Açıqlama

“Gürcüstanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır”.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma ilə bağlı yeni hal qeydə alınmayıb.

Mərkəz rəhbəri deyib ki, ölkədə ümumilikdə virusa yoluxma ilə bağlı 466 mümkün hal olub. Onların da hamısı yoxlanılıb.

Qeyd edək ki, qonşu ölkədə bu günə qədər koronavirusa 15 yoluxma halı təsdiqlənib. Hazırda karantində 178, stasionar nəzarətdə isə 56 nəfər saxlanılır/Report.