XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Mart 2016 - 20:58

Güləşçilərimiz dünya reytinqsiyahısında ilk sıralarda

gules

Dünya Güləş Birliyi 2016-cı ilin fevralında keçirilən yarışların nəticələrinə əsasən, Avropa çempionatı öncəsi yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, siyahıda 9 təmsilçimizin adı var. Birinci Avropa Oyunlarının qızıl medalçısı, Las-Veqasda keçirilən dünya çempionatının qalibi Rəsul Çunayev (71 kq) reytinqdə ilk sırada qərarlaşıb. Sonuncu mundialın gümüş mükafatçısı Rövşən Bayramov (59 kq) isə ikinci sıradadır.

Reytinq siyahısında mövqeyi dəyişməyən idmançılarımız Elvin Mürsəliyev və Sabah Şəriətidir. Belə ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan E.Mürsəliyev altıncı, Sabah Şəriəti (130 kq) isə dördüncü pillədəki mövqeyini qoruyub.

Digər güləşçilərdən Həsən Əliyev (66 kq) doqquzuncu, Rafiq Hüseynov (80 kq) və Saman Təhmasibi (85 kq) isə beşinci yerdədirlər.