XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

04 Mart 2016 - 20:45

Aeroport yolundakı qəzaya görə21 nəfər xəstəxanaya yerləşdirildi

operation_270815

Suraxanı rayonu ərazisində ağır yol qəzası nəticəsində xəsarət alanların sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilənlərin sayı 21 nəfərə çatıb.

Hazırda hadisə yerində təcili tibbi yardım briqadaları işləyir.

Xatırladaq ki, hadisə Bakının Suraxanı rayonu ərazisində aeroport yolunda baş verib. 160 saylı marşrut avtobusun “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşınla toqquşması nəticəsində avtobus aşıb.