XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2020 - 14:05

“Koronavirusun turizm müəssisələrinə zərərini müəyyən etmək üçün hesablamalar aparılacaq”- Aparat rəhbəri

“Hazırda koronavirus qlobal problem olduğuna görə, bütün dünya vəziyyətdən çıxmağın yollarını araşdırır. Turizm müəssisələrinə dəyən zərərin aradan qaldırılması üçün çox ciddi dəstəyə ehtiyacı olanlar var. Amma indiki məqamda bu, çox tezdir”.

APA-nın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. O qeyd edib ki, koronavirusun yaratdığı qlobal böhranın turizm müəssisələrinə zərərini müəyyən etmək üçün hesablamalar aparılacaq: “Biz daim prosesləri izləyirik. Azərbaycanda və digər ölkələrdə təcrübə  öyrənildikdən sonra dövlət qurumu olaraq təkliflə çıxış edəcəyik. Dövlət bu məsələni diqqətdə saxlayır və növbəti günlərdə bununla bağlı işlər görüləcək”.

K.Qasımov qeyd edib ki, hazırda konkret hansı addımların atılacağını demək tezdir: “Çünki bununla bağlı dəqiq açıqlamalar olmalı, qiymətləndirmələr aparılmalıdır. Bundan sonrakı mərhələdə artıq ətraflı informasiya vermək mümkün olacaq. Hazırda həm hotellərdə rezervasiyaların, həm də turizm şirkətlərində aviabiletlərin ləğv olunması ilə bağlı məlumatlar toplanır. Bütün məlumatlar əldə olunduqdan sonra dəstək mexanizmləri həyata keçirilə bilər”.