XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Mart 2020 - 11:12

Azərbaycanın əməkdar artisti vəfat edib

Əməkdar artist Adil Zeynalov vəfat edib.

Bu barədə APA-ya aktyorun oğlu Ağakərim Zeynallı məlumat verib.

A.Zeynalov dünən gecə Bakıda Topçubaşov adına xəstəxanada mədəaltı vəzin iltihabından dünyasını dəyişib. O, Lənkəranda dəfn ediləcək.

Qeyd edək ki, A. Zeynalov Lənkəran Dövlət Teatrının aktyoru və rejissoru idi.