XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

12 Mart 2020 - 11:54

Azərbaycan koronavirusu müəyyənləşdirmək üçün test sistemi alır –Açıqlama

Azərbaycan, İran və digər ölkələr koronavirusun təsbiti üçün istifadə edilən Rusiya istehsalı test sistemləri alacaq.

Bbu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidmətindən bildirilib.

Məlumata görə, Rusiya Avrasiya İqtisadi Birliyi, MDB ölkələrinə, həmçinin İran, Şimali Koreya və Monqolustana koronavirusu təsbit etmək üçün 800 test sistemi göndərib. Bu sistemlər 80 000 pasiyenti testdən keçirməyə imkan verəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 124 ölkədə qeydə alınıb/Report.