Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Rik Daems Azərbaycana səfər edəcək.
Bu barədə AŞPA Prezidenti Milli Məclisin yeni Sədri Sahibə Qafarovaya ünvanladığı təbrik məktubunda bildirib.
O qeyd edib ki, Azərbaycanla səmimi əməkdaşlığa inanır.
“Avropa Şurasına üzv olan hər bir dövlətə səfər etməyi nəzərdə tuturam. Ümid edirəm ki, tezliklə Bakıda görüşmək imkanımız olacaq”, – deyə R. Daems vurğulayıb/APA.