XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

13 Mart 2020 - 13:07

“Formula-1”də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər –Ross Braun

“Formula-1” yarışları Azərbaycan Qran-prisinə qədər təxirə salına bilər.

“Formula-1” rəsmisi Ross Braun gecə saatlarında komandaların nümayəndələri ilə bir araya gələrək, bu məsələni müzakirə edib.

“McLaren”in işçilərinin birində koronavirus pandemiyasının aşkarlanması səbəbindən yarışın Bakı mərhələsinə qədər təxirə salınması məsləhət görülüb. Əgər belə bir qərar verilərsə, Avstraliya Qran-prisindən sonra Bəhreyn, Vyetnam, Niderland, İspaniya və Monako Qran-priləri təxirə salınacaq və mövsümə Azərbaycan Qran-prisi ilə start veriləcək.

Qeyd edək ki, “Formula-1”in Azərbaycan mərhələsi 5-7 iyunda keçiriləcək. (apasport)