XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2020 - 16:07

Azərbaycanlı futbolçu Estoniyadan çıxa bilmir:"Vəziyyət ciddidir"

Ötən ay Estoniyanın “Trans Narva” klubu ilə müqavilə imzalayan azərbaycanlı futbolçu Nurlan Novruzov sözügedən ölkədə problemlə üzləşib.

Bu barədə 27 yaşlı hücumçu özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, koronavirusa görə ölkədə vəziyyət ciddidir: “Məşqlər və oyunlar ləğv olunub. Məktəblər, hətta marketlər də bağlanıb. Ölkədən çıxışa icazə verilmir. Vəziyyət ciddidir. Allah hamıya kömək olsun”.

Qeyd edək ki, “Bakı”, “Sumqayıt”, “Zirə”, “Səbail” kimi komandaların formasını geyinib. O, son olaraq Moldovanın “Dinamo-Avto” klubunda çıxış edib. Forvard 2014/2015 mövsümündə “Bakı”nın heyətində Azərbaycan Premyer Liqasının bombardiri olub. (report)