XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2020 - 23:12

Bakıdakı Dünya Kubokunun final mərhələləri ləğv olundu –Gimnastika Federasiyası

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olunub.

14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan yarış baş tutmayacaq.

Azərbaycan Gimnastika Federasiyasının bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. (Apasport.az)