XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

14 Mart 2020 - 11:06

Azərbaycanda bu tələbələrin magistratura xərclərini dövlət ödəyəcək

Azərbaycan hökuməti valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş tələbələrin magistratura xərclərini öz üzərinə götürəcək.

APA-nın məlumatına görə, bu, “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, indiyə qədər dövlət valideynlərini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş şəxslərin bakalavr səviyyəsində xərclərini öz üzərinə götürüb.