XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Mart 2020 - 14:20

Daha iki futbolçu koronavirusa yoluxdu –İtaliyada

 

İtaliyanın “Fiorentina” klubunun futbolçuları Patrik Kutrone və Herman Passelyada koronavirus aşkarlanıb. 

Klubun rəsmi “Twitter” səhifəsində xəbər verilib ki, bu oyunçularla yanaşı, Florensiya təmsilçisinin fizioterapevti Stefano Dainellinin də testi müsbət nəticə verib.

Onların hər üçünün vəziyyətinin normal olduğu bildirilib.

Qeyd edək ki, daha öncə “Fiorentina”nın digər futbolçusu Duşan Vlahoviç də koronavirusa yoluxub. İtaliyada “Sampdoriya”nın 5 futbolçusu – Manolo Qabbyadini, Albin Ekdal, Omar Kolli, Antonio La Qumina və Morten Torsbyu, eləcə də klubun həkimi Amedeo Baldarinin koronavirusa yoluxduqları açıqlanıb/Report.