XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2020 - 22:19

“Azal” bir sıra istiqamətlər üzrə uçuşları müvəqqəti dayandırır- SIYAHI

“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”-nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Alma-Ata-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır”.

Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Operativ Qərargahın 12 mart 2020-ci il tarixli məlumatına əlavə olaraq bildirilib ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcək.