XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

15 Mart 2020 - 00:07

AVRO-2020 təxirə salınacaq? –UEFA-dan açıqlama

Hazırda UEFA AVRO-2020-nin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınması üzərində çalışır. 

Bu barədə qitə futbol qurumunun rəsmisi Evelina Kristillin açıqlama verib.

Daha əvvəl “L Equipe” nəşri Avropa çempionatının 2021-ci ilədək təxirə salınacağını yazıb.

Rəsmi qərar martın 17-də qəbul olunacaq.

Qeyd edək ki, AVRO-2020 12 iyun – 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir/Report.