XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2020 - 10:00

ABŞ Rusiyanın 2 şirkətini qara siyahıya salıb –Səbəb

ABŞ Ticarət Nazirliyi öz firmalarına Rusiyanın “Avilon” və “Technomar” şirkətləri ilə mal ixracını qadağan edib. 

Nazirlik bu şirkətlərin ABŞ-ın milli təhlükəsizliyinə və yaxud xarici siyasətinə zidd fəaliyyətlərlə məşğul olduqlarını hesab edir.

Qeyd edək ki, “Avilon” şirkəti maşın və avadanlıqların, “Technomar” isə hidroqrafik və okeanoqrafiya avadanlıqlarının alqı-satqısını həyata keçirir.

Xatırladaq ki, 2016-cı ildə ABŞ Rusiyanın hidroqrafiya və dəniz geologiyası sahəsində fəaliyyət göstərən “Technopol Company” şirkətini analoji siyahıya salmışdı. /APA