XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2020 - 12:13

Şamaxıda iki avtomobil toqquşub:yaralılar var

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Kürdəmir kəndində qeydə alınıb.

“VAZ 2106” markalı minik və “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində rayonun Qızmeydan kənd sakinləri, 2003-cü il təvəllüdlü Süleymanov Nüsrət Süleyman oğlu və 1980-ci il təvəllüdlü Cəbrayılov Raqib Cəbrayıl oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. /APA