XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Mart 2020 - 11:35

Bakıda itkin düşən 7 nəfər tapılıb –BŞBPİ

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) iki gün ərzində paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 14-15 mart tarixlərində 58 cinayətin üstü açılıb.

Onlardan 18-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Narkotiklərlə əlaqəli 15, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 23 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.

İtkin düşən kim axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.