XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Mart 2020 - 17:39

Türkiyədə azərbaycanlıların aldığı mənzillərin sayı azalıb –Statistika İdarəsi

Bu ilin fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıb.

Türkiyənin Statistika İdarəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 mənzil və yaxud 14,3% azdır.

Bu ilin yanvar-fevral aylarında isə azərbaycanlılar Türkiyədə 189 mənzil alıb. Bu isə 1 il əvvələ nisbətən 11 mənzil və yaxud 5,5% azdır.

Ümumilikdə fevralda xarici vətəndaşlar Türkiyədə 4 048 mənzil alıb ki, bu da illik müqayisədə 691 mənzil və yaxud 20,6% çoxdur.

Bu rəqəm yanvar-fevralda isə 7 993 mənzil təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1 436 mənzil və yaxud 21,9% çoxdur.

2020-ci ildə Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar fevralda 721, yanvar-fevralda isə 1 399 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar fevralda 691, yanvar-fevralda isə 1 430 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan fevralda 282 mənzil, yanvar-fevralda isə 536 mənzilə sahib olub. (report)