XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 11:48

Hansı universitetlərdəbeynəlxalq tədbirlər keçiriləcək?

Mikayıl Cabbarov1

 

Bu il üçün Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı təsdiqlənib.

Strateq.az report.az-a istinadən xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Əmrə əsasən, ali təhsil müəssisələrinin rəhbərləri 2016-cı ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsini təmin etməli, eləcə də nəticələr barədə (hər bir konfrans keçirildikdən 3 gün sonra) Təhsil Nazirliyinə hesabat təqdim etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

Təkliflərin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.