XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2020 - 10:37

Boks üzrə Avropa çempionatı təxirə salındı –Koronavirusa görə

Boks üzrə gənclər arasında Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. 

Strateq.az Report-a istinadla xəbər verirr ki, Avropa Boks İttifaqı aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.

Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın 15 – 27 mayda təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.

Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində keçirilməlidir.