XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 Mart 2020 - 13:36

Deputat:"Operativ Qərargah gün ərzində bir neçə dəfə son vəziyyətlə bağlı məlumat verməlidir"

“Azərbaycan koronavirusla mübarizə sahəsində ən qabaqcıl ölkələr sırasındadır, hazırda hər cür təminatımız var”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında çıxışında bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargah gün ərzində bir neçə dəfə son vəziyyətlə bağlı məlumat verməlidir: “Hesab edirəm ki, yalan məlumatların yayılmasına imkan verilməyəcək”.

Komitə sədri insanları Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyə çağırıb/Report.